Nazir müavini: Son illər ölkəmizdə çoxlu sayda məktəblər tikilir


Digərləri 17 Sen 2018 16:49:33 227 0

Nazir müavini: Son illər ölkəmizdə çoxlu sayda məktəblər tikilir

Sentyabrın 17-də Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Bakı. İlhamə İsabalayeva - Sentyabrın 17-də Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov “Bilik günü” və məktəbin açılışı münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan F.Qurbanov son illər ölkəmizdə çoxlu sayda məktəb binalarının tikildiyini və əsaslı təmir olunduğunu vurğulayıb. Təhsil sahəsində qazanılan uğurlardan söz açan nazir müavini yeni tədris ilində qarşıda duran vəzifələri də qeyd edib.