"Ulu öndər Heydər Əliyev multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox böyük işlər görüb"


Digərləri 17 Sen 2018 16:36:04 210 0

"Ulu öndər Heydər Əliyev multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox böyük işlər görüb"

Vüqar Rəhimzadə "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda mühazirə oxuyub.

Bakı. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə sentyabrın 17-də "Zəngi" liseyində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bilik Gününə həsr edilmiş ənənəvi "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda mühazirə oxuyub. V.Rəhimzadə əvvəlcə şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayıb. Sonra "Heydər Əliyev və milli mənəvi dəyərlərimiz" mövzusunda mühazirə oxuyub. O, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, multikultural ənənələr, ölkəmizdəki tolerantlıq mühiti barədə ətraflı məlumat verib: "Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, ölkədə gənclərin milli-mənəvi ruhda böyüməsinə, təhsilinə böyük önəm verib, dövlət-din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox böyük işlər görüb". "İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, Ulu Öndərin xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində yaratdığı ənənə bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. V.Rəhimzadə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsində İslami dəyərlərə nə qədər önəm verildiyini diqqətə çatdırıb.