Külli miqdarda dələduzluqda təqsirləndirilən bank müdirinin məhkəməsi başladı


Digərləri 17 Sen 2018 16:30:00 253 0

Külli miqdarda dələduzluqda təqsirləndirilən bank müdirinin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən A.Mahmudov özünü təqsirli bilməyib. O deyib ki, banka qoyulan pulları bəzi hallarda müştərinin yox, başqa adamın adına yazıb.