Aygün Səmədzadənin Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş yeni əsərləri Türkiyədə təqdim olunub (FOTO/VİDEO)


Digərləri 17 Sen 2018 16:15:55 299 0

Aygün Səmədzadənin Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş yeni əsərləri Türkiyədə təqdim olunub (FOTO/VİDEO)

Ankarada Türkiyənin “TRT Avaz” telekanalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş konsert proqramı yayımlanıb.

Bakı. Vüqar İmanov - Ankarada Türkiyənin “TRT Avaz” telekanalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş konsert proqramı yayımlanıb. Trend-in məlumatına görə, proqram, həmçinin Azərbaycan İctimai Televiziyasında canlı yayımlanıb. Konsert proqramı Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Prezident Simfonik Orkestrinin və Azərbaycanın xalq artisti Elnarə Kərimovanın rəhbərlik etdiyi TRT Dövlət Xorunun, azərbaycanlı və türkiyəli solistlərin müşayiəti ilə qardaş ölkələrin məşhur bəstəkarlarının əsərləri səsləndirilib: Üzeyir Hacıbəyovun “Korğlu” operasından uvertüra, “Çırpınırdı Qara Dəniz”, Asəf Zeynallının “Muğam”, Vasif Adıgözəlovun “Çanakkale içinde”, “Ninni” və “Ana”, Emin Sabitoglunun “Şükriyyəm”, Muammer Sunun “Sakarya Marşı” və “Karadeniz Marşı”, Aygün Səmədzadənin “Tûrk Ordusuna” və “Bismillah” əsərləri. Konsertdə təqdim olunan əsərlərin şeirləri Əhməd Cavad, Mehmet Akif Ersoy və Məmməd Seyid Ordubadiyə məxsusdur. Azərbaycanın xalq artistləri Azər Zeynalov, Əlixan Səmədov, və Azərin, istedadlı vokalçılar Orxan Cəlilov və Nigar Cəlilova, skripkaçı Ceyla Seyid, türkiyəli ifaçılar Nesrin Gönüldağ, Özgür Savaş Gençtürkün rəngarəng çıxışları konsertdə xüsusi sənət ab -havası yaradıb.