Keşlə-nin tarixində antirekord qeydə alınıb


İdman 17 Sen 2018 16:08:00 255 0

Keşlə-nin tarixində antirekord qeydə alınıb

Keşlə tarixinin antirekorduna imza atıb. Goal.az xəbər verir ki, paytaxt klubu bunu Topaz Premyer Liqasının IV turunun Neftçi ilə matçında rəsmiləşdirib. Səfərdə 0:2 hesabı ilə uduzan Mladen Milinkoviçin komandası startda qələbəsiz oyunlar seriyasını 4-ə çatdırıb.

1999/2000 mövsümündən güclülər dəstəsində çıxış edən komanda heç vaxt yarışa belə uğursuz başlamayıb. Əvvəl Xəzər Universiteti, sonra İnter adını daşıyan Keşlə ən pis halda 4-cü oyununda ilk qələbəsini qazanıb. Buna 1999/2000, 2012/13 və 2013/14 mövsümlərində təsadüf olunub. Lakin bu dəfə 4-cü matç da qələbəsiz başa çatıb.

Cari mövsümdə ilk 4 qarşılaşmada cəmi 1 xal qazanan Keşlə həm də bu göstəricidə antirekordla üzləşib. Bu, komandanın tarixində ən zəif nəticədir. 1999/2000 və 2013/14 mövsümlərində ilk 4 oyunda 3 xal qazanan bakılılar bundan da zəif start götürüb.

Keşlə bu mövsüm Sabah-a 0:1, Səbail-ə 1:2, Neftçi-yə 0:2 hesabı ilə uduzub, Zirə ilə heç-heçə edib – 2:2.