Qazaxıstandan ABŞ hərbi qüvvələrinin Xəzərdə yerləşdirilməsi xəbərinə münasibət


Digərləri 17 Sen 2018 16:08:35 207 0

Qazaxıstandan ABŞ hərbi qüvvələrinin Xəzərdə yerləşdirilməsi xəbərinə münasibət

Qazaxıstandan ABŞ hərbi qüvvələrinin Xəzərdə yerləşdirilməsi xəbərinə münasibət

Bakı. Qazaxıstan hökuməti ABŞ hərbi qüvvələrinin Xəzərdə yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Trend-in məlumatına görə, informasiya və kommunikasiya naziri Dauren Abayev bəyan edib ki, Qazaxıstan regionda xarici hərbi bazaların mövcudluğuna yol verməz. D.Abayev amerikalı hərbçilərin regionda olması ilə bağlı yayılan xəbərləri saxta adlandırıb. Nazir xatırladıb ki, Aktau Konvensiyası Xəzər dənizində qeyri-Xəzər ölkələrinin silahlı qüvvələrinin mövcudluğunu, həmçinin onların gəmilərinin üzməsini qadağan edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin