Futbolçular xarab olmuş tibbi yardım maşınına kömək edib


İdman 17 Sen 2018 15:47:00 294 0

Futbolçular xarab olmuş tibbi yardım maşınına kömək edib

Braziliya A Seriyasında keçirilən Vasco da Gama - Flamengo qarşılaşmasında maraqlı anlar yaşanıb. Goal.az xəbər verir ki, oyunun gedişatında zədələnən Bruno Silva üçün meydana təcili tibbi yardım maşını çağırılıb. Zədəli futbolçunu meydandan kənara çıxaran zaman maşın xarab olub. Bunu görən hər iki komandanın futbolçuları maşını itələyərək, stadiondan çıxarıblar. Qarşılaşma 1:1 hesabıyla bitib.