“Şeytanı axtarırdım, gördüm ki, elə özüməm” 12 il azadlıqdan məhrum olunan narkoman musiqiçi VİDEO FOTO


Kriminal 17 Sen 2018 15:34:00 263 0

“Şeytanı axtarırdım, gördüm ki, elə özüməm”  12 il azadlıqdan məhrum olunan narkoman musiqiçi  VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramında budəfə musiqiçi məhkumun həyatından danışılıb.

Ceyhun Talıbov - Məhkum (Cəzası: 10 il (ümumi 12 il)) - "Masallıda anadan olmuşam. Doğulandan nağarayla doğulmuşam. Rusiyada bir az yaşadım, sonra atamın ölüm xəbəri gəldi, qayıtdım. Evliyəm, bir oğlum da var. Özümün səhvimdən çətinliklər oldu. Elə bilirdim ki, mən düzəm. Yolumu azdım. Narkotikə qurşandım, məni gündə öldürürdü. Sonra tutuldum. Atam onda sağ idi. Çıxanda həbsdən heç nəyi başa düşmədim. Ondan da pis uçuruma getdim.

Narkotiki aldım, istifadə etmək istəyəndə polislər tutdu. Mühit böyük rol oynayır. Birin tutub döymüşdüm, pulunu almışdım. Onda da özümdə deyildim. Bu davadan sonra gedib şikayət edib. Qəsəbədə məni tutdular. 10 il azadlıqdan məhrum etdilər. Toylara məni çox aparmırdılar. Alətlərimi də satmışdım. Toy olanda uşaqlardan götürürdüm nağaranı. Uşağımı bir dəfə görüşə göndəriblər. Atamı da çox incitmişəm. Atamı muflis etmişəm. Allahın qarşısında necə cavab verəcəm bilmirəm. İndidən məni vahimə basıb. Çox böyük günahlar etmişəm. Şeytanı axtarırdım, güzgüyə baxanda bildim ki, sən demə, şeytan özüməm. Buna qismət kimi baxıram".


Xəbərə aid foto