18 yaşlı tələbə qız ölkə gözəli oldu FOTO


Digərləri 17 Sen 2018 15:15:00 976 0

18 yaşlı tələbə qız ölkə gözəli oldu  FOTO

Vyetnamın Şi Min şəhərində "Miss Vietnam 2018" gözəllik müsabiqəsi keçirilib.

Son.az Xinhua-ya istinadən bildirir ki, final mərhələsi dünən axşam başa çatmış müsabiqədə Ho Şi Min Texnologiya Universitetinin birinci kurs tələbəsi, 18 yaşlı Tran Tye Vi qalib gəlib.

Ölkənin mərkəzindəki Kuanq Nam vilayətindən olan, 174 sm boylu Tran müsabiqədə 42 rəqibini üstələyib.

Tran Tye Vu ölkəsini dekabrın 8-də Çinin Sanya şəhərində keçiriləcək "2018 Miss World" müsabiqəsində təmsil edəcək.