Topaz Premyer Liqasında 4-cü tur azarkeş sayına görə fərqlənib


İdman 17 Sen 2018 15:10:00 276 0

Topaz Premyer Liqasında 4-cü tur azarkeş sayına görə fərqlənib

Topaz Premyer Liqasında 4-cü turda qeydə alınan azarkeş sayı məlum olub. Goal.az xəbər verir ki, turun ilk görüşü "Azəsun Arena"da Qarabağ-la Sumqayıt arasında keçirilib ki, bu qarşılaşmanı stadionda 1600 nəfər izləyib.

"Bayıl Arena"dakı Səbail - Zirə matçında 500, "Əlincə Arena"dakı Sabah - Qəbələ qarşılaşmasında isə 1200 azarkeş qeydə alınıb. 8-ci km stadionunda keçirilən Neftçi - Keşlə görüşünü isə 1300 min azarkeş stadiondan izləyib.

Ümumilikdə, 4-cü turun oyunlarını stadiondan 4600 azarkeş izləyib. Bu isə hər oyuna 1150 nəfər deməkdir. Bu nəticə hələ ki, mövsümün ən yaxşı göstəricisidir. Bundan əvvəl ən yaxşı göstərici 3-cü turda qeydə alınmışdı. Həmin turda ümumilikdə 4450 fanat qeydə alınmışdı.