Ermənistan polisi KİVlərə basqın edib


Dünya 17 Sen 2018 14:44:00 232 0

Ermənistan polisi KİVlərə basqın edib

Ermənistanın hüquq-mühafizə orqanları bu gün səhər saatlarından başlayaraq "Yerevan.Today" xəbər saytının ofisində və saytın baş redaktorunun evində axtarış əməliyyatları həyata keçirib.

Son.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə saytın redaksiyası məlumat yayıb. 

Qeyd olunub ki, axtarışların səbəbi Ermənistanın İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədardır. 

Ermənistan təhlükəsizlik qüvvələri "Yerevan.Today"in həmin səs yazısını digər KİV-lərdən 2 gün öncə yayımladığını iddia edir. Lakin saytın rəhbərliyi bu ittihamın yalan olduğunu deyir və xəbərin başqa medialarla, eyni zamanda, yerləşdirildiyini bildirir.

Həmçinin vurğulanır ki, nüfuzlu "Qraparak" qəzeti də analoji vəziyyətlə üzləşib. Onlar isə gizli səs yazısını digər KİV-lərdən 5 gün əvvəl yayımlamaqda ittiham olunurlar.