“Tunar məni sosial şəbəkədə söydürür”


Şou-biznes 17 Sen 2018 14:48:00 275 0

“Tunar məni sosial şəbəkədə söydürür”

“Onun videosunu mən yaymamışam” - Tunar əməkdar artistin görüntülərindən DANIŞDI

ARB TV-nin "Səhər- Səhər" verlişinin növbəti qonağı müğənni Tunar Rəhmanoğlu olub.

Son.az bildirir ki, müğənni, əməkdar artist Nüşabə Ələsgərli ilə aralarında yaşanan qalmaqaldan danışıb: "Mən də bilmədim bu məsələ hardan, necə çıxdı. Nüşabə xanımın illər öncə keçirdiyi məclisdə olan bir hadisə idi. Mənimlə bağlı bir şey deyil. Kimsə piyar olsun deyə, onun sənətinə pislik gətirsin deyə etmişdi. Mən Nüşabə xanıma da and içdim ki, həmin videonu biz yaymamışıq. Aramızda heç nə ola bilməz. Məclislərdə də görüşürük. Mən nəyə görə elə bir şey edim ki? Mən bir mahnı oxuyuram reklam oluram". Əməkdar artist isə məsələyə bu cür aydınlıq gətirib:  "O video yayılanda da düşündüm ki, yəqin bunu Tunar edib. Bəlkə də reklam, piyar üçün, gündəmə gəlmək üçün. Həyatdı da... Amma sosial şəbəkələrdə "Qısqanclıqdır, Nüşabə xanımdır da..." yazmağı çox incitdi. Lazım olsa, mən Tunarın özünə xəbər göndərərdim ki, oxuma, düş aşağı. Tunar niyə o videonu sosial şəbəkədə özü də paylaşdı və altda da şərhləri açıq qoyub, orada məni söydürür. Orada mənə nalayiq sözlər deyirdilər. Toyuna gələ bilməmə səbəbim isə həmin gün bütov toy oxumağım idi".


Xəbərə aid foto