Antirekord: "Keşlə" tarixində belə hal olmamışdı


Digərləri 17 Sen 2018 14:39:30 250 0

Antirekord: "Keşlə" tarixində belə hal olmamışdı

“Keşlə” tarixinin antirekorduna imza atıb.

Bakı. “Keşlə” tarixinin antirekorduna imza atıb. Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, paytaxt klubu bunu Premyer Liqanın IV turunun “Neftçi” ilə matçında rəsmiləşdirib. Səfərdə 0:2 hesabı ilə uduzan Mladen Milinkoviçin yetirmələri startda qələbəsiz oyunlar seriyasını 4-ə çatdırıb. 1999/2000 mövsümündən güclülər dəstəsində çıxış edən komanda heç vaxt yarışa belə uğursuz başlamayıb. Əvvəl “Xəzər Universiteti”, sonra “İnter” adını daşıyan “Keşlə” ən pis halda 4-cü oyununda ilk qələbəsini qazanıb. Buna 1999/2000, 2012/13 və 2013/14 mövsümlərində təsadüf olunub. Lakin bu dəfə 4-cü matç da qələbəsiz başa çatıb.