Qadını şantaj edən Şamaxı sakini saxlanılıb


Digərləri 17 Sen 2018 14:20:43 230 0

Qadını şantaj edən Şamaxı sakini saxlanılıb

Qadından hədə-qorxu ilə 3000 manat tələb edən Şamaxı rayon sakini Hüseyn Sayılov cinayət başında yaxalanıb

Bakı. Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən qadın bir nəfərin onun qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3.000 manat tələb etdiyini bildirib. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb. Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.