Millət vəkili: "15 sentyabr tarixi TürkiyəAzərbaycan qardaşlığının ən parlaq səhifəsidir"


Digərləri 17 Sen 2018 14:11:00 258 0

Millət vəkili: "15 sentyabr tarixi TürkiyəAzərbaycan qardaşlığının ən parlaq səhifəsidir"

100 il bundan öncə Bakının daşnak-bolşevik işğalından azad edildiyi 15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının ən parlaq səhifəsidir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynovun sözlərinə görə, bu hadisə ilk növbədə onu göstərir ki, Türkiyə-Azərbaycan qardaşlığının böyük və şərəfli tarixi var:

"O zaman Qafqaz İslam Ordusunun əsgərləri Azərbaycan əsgərləri ilə birlikdə böyük qəhrəmanlıq göstərərək nəinki Bakını işğaldan azad etdilər, eyni zamanda daşnak-bolşeviklərin Azərbaycanda növbəti qırğınlar törətməsinin qarşısını aldılar. Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşü uğurla davam etdirildi, ardınca strateji məntəqə olan Şamaxı şəhəri də işğaldan azad edildi. O zaman Bakı işğaldan azad edilməsəydi, Azərbaycanın gələcək taleyinin necə olacağı sual altında idi, lakin Türkiyə-Azərbaycan qardaşlığı bu çətin sınaqdan üzüağ çıxdı".