Frank Riberi cəza ilə üz-üzə


İdman 17 Sen 2018 14:12:00 284 0

Frank Riberi cəza ilə üz-üzə

Bayern Munchen-in yarımmüdafiəçisi Frank Riberi cəzalana bilər. Goal.az xəbər verir ki, Riberinin Bayer-lə oyunda (3:1) etdiyi hərəkət klub rəhbərliyi tərəfindən araşdırılacaq. Oyunda ehtiyatda qalan Riberi qarşılaşmanın başa çatmasına 7 dəqiqə qalmış nümayişkaranə surətdə stadionu tərk edib. O, stadionu tərk edərkən komandanın baş məşqçisi Niko Kovaç 3-cü əvəzetmə ilə bağlı göstəriş vermişdi. Meydana çıxmayacağını bilən Riberi, ehtiyat oyunçular skamyasını tərk edərək stadiondan çıxıb.

Klub rəhbərliyinin bu hərəkətinə görə ona pul cəzası verəcəyi gözlənilir. Riberinin Kovaçla münasibətlərinin qaydasında olmadığı da iddia edilir.