ABŞ Enerji Departamenti Azərbaycanda seysmoloji stansiyaların quraşdırılmasında iştirak edir (FOTO)


Digərləri 17 Sen 2018 14:14:37 207 0

ABŞ Enerji Departamenti Azərbaycanda seysmoloji stansiyaların quraşdırılmasında iştirak edir (FOTO)

“Qafqaz Kəsilişi" layihəsi çərçivəsində tədqiqatlar davam etdirilir

Bakı. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM), ABŞ Enerji Departamenti və Ukrayna Elmi Texnologiya Mərkəzinin birgə layihəsi olan “Qafqaz Kəsilişi” çərçivəsində işlər davam etdirilir. Mərkəzin informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Bakıya səfər edən amerikalı seysmoloqlar - Missuri Universitetinin professoru Erik Sandvol, əməkdaşı Qunnels Maykl Ceyms, eləcə də AMEA nəzdində RSXM-in beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, episentral şöbəsinin əməkdaşları Nicat Əsgərov, Asif Süleymanov və zəlzələlərin tədqiqatı şöbəsinin əməkdaşı Vüqar Fərəcovun iştirakı ilə İsmayıllı rayonunda altı stansiya, Göyçay rayonunda bir stansiya və Quba rayonunda altı stansiya “Qafqaz kəsilişi” boyunca yerləşdirilib.