Göldə batan şəxsin axtarışları aparılır


Digərləri 17 Sen 2018 14:08:00 227 0

Göldə batan şəxsin axtarışları aparılır

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1969-cu il təvəllüdlü Orucov Hamlet Paşa oğlunun Tovuz rayonunun Əyyublu kəndindəki göldə batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

Axtarış tədbirləri barədə əlavə məlumat veriləcək.