Bank of Baku "Onlar Sevinsin" dedi,


Digərləri 17 Sen 2018 13:58:00 460 0

Bank of Baku "Onlar Sevinsin" dedi,

Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həyata keçirdiyi işlərlə hər zaman cəmiyyətin görünən və görünməyən problemlərinin həllinə dəstək olmağa çalışan, Xalqa Yaxın Bank - Bank of Baku növbəti sosial layihələrindən birinə imza atıb. Yeni dərs ili münasibətilə Bankın "Onlar Sevinsin" şüarı altında keçirdiyi layihə yüzlərlə məktəblinin sevincinə səbəb olub.

Artıq ikinci ildir ki, icra edilən və silsilə xarakteri daşıyan "Onlar Sevinsin" layihəsi çərçivəsində Bank of Baku-nun əməkdaşları bu dəfə Azərbaycanın işıq adası, nur şəhəri sayılan Şirvana səyahət edərək, yeni dərs ilinə hazırlaşan məktəbliləri - aztəminatlı və şəhid ailələrinin övladlarını, əlilliyi olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin edib. 

Xatırladaq ki, ötən il icrasına başlanılan layihə zamanı Azərbaycanın 3 ucqar dağ kəndinə -Lerikin Andurma, Qubanın Qalaxudat və Şəkinin Təpəcənnət kəndlərinə səfər edən Bank of Baku-nun əməkdaşları, 134 nəfər məktəbliyə hədiyyələr təqdim etmişdi.

Layihələrin gedişatını əks etdirən çarxlarla aşağıdan tanış bilərsiniz: 

 #OnlarSevinsin  2017 - http://y2u.be/GNzKEej2Kk8 

 #Onlar Sevinsin  2018 - http://y2u.be/LySjfG_bOuw 


Xəbərə aid fotolar