Qomisin klubunda gözlənilməz hadisələr baş verir


İdman 17 Sen 2018 13:50:00 315 0

Qomisin klubunda gözlənilməz hadisələr baş verir

Səudiyyə Ərəbistanının Al Hilal klubunda anlaşılmaz hadisələr yaşanır. Goal.az xəbər verir ki, klubun prezidenti Sami Əl Caber postunu trk edib. Bu dəyişiklik komandanın baş məşqçisi Jorje Jesusun da ayrılığına səbəb ola bilər. Yaxın günlərdə portuqaliyalı baş məşqçi də komandanı tərk edəcək.

63 yaşlı mütəxəssis bu ilin iyununda Al Hilal-la 1+1 illik müqavilə imzalamışdı. Belə olan halda, prezidentin və baş məşqçinin dövründə komandaya gətirilən futbolçuların da taleyi sual altına düşüb. Avqustda Galatasaray-dan ayrılan Bafatembi Qomis də bu klubun formasını geyinir.