ABŞ PKKya xüsusi köməkçi ordu göndərib


Dünya 17 Sen 2018 13:31:00 304 0

ABŞ PKKya xüsusi köməkçi ordu göndərib

ABŞ-ın Suriyada xüsusi hərbi şirkətə məxsus muzdlu qoşunlardan istifadə etdiyi və PKK/YPG kürd terrorçularına təlim keçərək onlara dəstək verdiyi üzə çıxıb. 

Son.az azvision.az-a istinadən xəbər verir ki, əvvəllər İraq müharibəsində iştirak edən "Blackwater" hərbi şirkətinə bənzər "Castle International"ın sosial şəbəkələrdəki rəsmi hesablarında şirkətə məxsus ağır silahlarla təchiz edilmiş "Special Projects Group" adlı xüsusi təyinatlılarının PKK/YPG terrorçularına təlim keçməsinin fotoları yayılıb.

Qısaca, CISPG adlanlanan xüsusi hərbi şirkət fotoların altında terrorçuların ünvanına dəstək mesajları da yazıb: "CISPG niyə bu müdafiə heyətlərinə (PKK/YPG - red.) güvənir? Çox sadə, çünki işlədiyinizi görürük və yanında olmağa da söz veririk".

Xüsusi hərbi şirkət əsasən hava yolu vasitəsilə tibbi yardım və təxliyyə əməliyyatları həyata keçirdiyini bəyan edir. Lakin CISPG-in rəsmi saytında və sosial şəbəkələrdəki hesablarında ona məxsus bir sıra muzdlu hərbçinin, çoxsaylı silahların və silahlı təlimlərin şəkilləri və bu haqda məlumatlar əks olunub. Məlumatları incələyən hərbi mütəxəssislər bu şirkətin Pentaqon tərəfindən YPG-yə xidmət etmək üçün kiraləyəndiyini bildiriblər.