Unibankdan biznes müştəriləri üçün yeni kampaniya kredit faizləri geri qaytarılacaq!


Digərləri 17 Sen 2018 13:17:00 281 0

Unibankdan biznes müştəriləri üçün yeni kampaniya  kredit faizləri geri qaytarılacaq!

İndi Unibankdan götürdüyünüz korporativ kreditlərin faizlərinin bir hissəsi hədiyyə olaraq sizə geri ödəniləcək! Unibankın biznes müştəriləri üçün nəzərdə tutduğu "Sözümüz sözdür!" kampaniyası, bununla sahibkarlara daha aşağı faizlə kredit götürmək imkanı yaradır. Kampaniya noyabrın 16-dək davam edəcək və bu müddətdə götürdüyü krediti tam gecikməsiz ödəyən hüquqi şəxslər, kampaniyanın verdiyi üstünlüklərdən faydalanacaq. Kampaniya çərçivəsində götürülən kredit tam ödənildikdən sonra, müştərinin ödədiyi faiz məbləğinin 10%-i onun hesabına geri qayıdacaq. Misal üçün, müştəri 100.000 manatlıq kredit götürüb, ödəniş müddətinin sonuna qədər gecikməsiz ödəyərsə, kredit bağlandıqdan sonra bir ay ərzində müştərinin ödədiyi faiz məbləğinin 10%-i geri qaytarılacaq.

Kampaniyanın şərtləri:

- Kampaniyadan ancaq hüquqi şəxslər istifadə edə bilər;

- Kampaniya 15.000 AZN-dən yuxarı kreditlər üçün nəzərdə tutulur;

- Kampaniyada 18 ay və ondan artıq müddətli kreditlərə aiddir (kredit götürmüş müştəri minimum ilk 18 ay davamlı ödəniş etməlidir).

- Kampaniya yalnız bankın öz vəsaiti ilə verilən kreditlərə şamil edilir.