Sumqayıtda 2 gəncin batması ilə bağlı araşdırmalara başlandı


Digərləri 17 Sen 2018 12:59:00 222 0

Sumqayıtda 2 gəncin batması ilə bağlı araşdırmalara başlandı

Sumqayıtda dənizdə iki nəfər gəncin batması ilə bağlı araşdırmalara başlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 16-da Novxanı çimərliyinin Sumqayıt şəhəri ərazisində, "Caspian Breeze" adlanan ərazidə baş verib.

2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxışzadə Hatif Hatəm oğlu "Caspian Breeze" ərazisində dənizdə çimərkən boğulub.

Hər iki şəxsin meyiti tapılaraq sudan çıxarılıb.

Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır və zərurət olduğundan məhkəmə-tibb ekspertizası təyin edilib.

Hadisə ilə bağlı izahatlar alınıb.