Havanın temperaturu aşağı düşəcək


Digərləri 17 Sen 2018 12:51:00 193 0

Havanın temperaturu aşağı düşəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-21, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yuxarı 765 mm civə, nisbi rütubət 70-80 faiz olacaq.