İcazəsiz ova cəhd edən Biləsuvar rayon sakinləri saxlanılıb


Digərləri 17 Sen 2018 12:41:00 223 0

İcazəsiz ova cəhd edən Biləsuvar rayon sakinləri saxlanılıb

Reyd zamanı rayonun Paraval adlanan ərazisində icazəsiz ova cəhd edən 4 nəfər saxlanılıb

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində brakonyerliyə qarşı mübarizə məqsədilə reydlər keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı rayonun Paraval adlanan ərazisində icazəsiz ova cəhd edən 4 nəfər saxlanılıb və onlardan 4 ov tüfəngi götürülüb. Araşdırma zamanı onların Biləsuvar rayonun İsmətli və Ağayari kənd sakinləri Eldəniz Bəhmənov, Teymur Hüseynov, Elizvar Bəhmənov və Mahir Məmmədov olduğu müəyyən edilib.