Juventus-un futbolçusu ciddi cəzalandırıla bilər


İdman 17 Sen 2018 12:32:00 323 0

Juventus-un futbolçusu ciddi cəzalandırıla bilər

Juventus-un futbolçusu Duqlas Kosta 5 oyunluq diskvalifikasiya oluna bilər. Goal.az xəbər verir ki, buna səbəb 28 yaşlı braziliyalı yarımmüdafiəçinin A Seriyasının V turunda Sassuolo-nu 2:1 hesabı ilə məğlub etdikləri matçın 90+4-cü dəqiqəsində rəqib futbolçu Federiko Di Françeskonun üzünə tüpürməsidir.

Bu davranışına görə qırmızı vərəqə alan Duqlas Kosta 3 dəqiqə əvvəl həmin oyunçuya başla zərbə vurmaq istədiyi üçün sarı vərəqə alıb. Üstəlik, matçın gedişində Federikonun üzünə dirsəklə vurub.

İtaliya çempionatının əsasnaməsində rəqibə tüpürməyə görə 3 oyunluq cəza nəzərdə tutulub. Lakin Duqlas Kostanın idmançıya yaraşmayan digər iki davranışı da nəzərə alınarsa, onu 5 matçlıq diskvalifikasiya gözləyir. Juventus Sassuolo-nu İtaliya komandasının heyətində ilk qollarını vuran Kriştianu Ronaldonun dublu ilə məğlub edib.