Qadın ərinin sevgilisini bıçaqladı Füzulidə cinayət


Digərləri 17 Sen 2018 12:18:00 234 0

Qadın ərinin sevgilisini bıçaqladı  Füzulidə cinayət

Füzuli rayonunda qadın qadını bıçaqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Fin şəhərciyində baş verib.

Ailəli olan kişi başqa bir qadınla sevgili olub və mütəmadi görüşüb. Onun arvadı da bu hadisədən məlumatlı olub. Ərini izləyən qadın onun başqa qadınla görüşdüyünün şahidi olub. Onların birgə olduğu evə gələn qadın ərinin sevgilisinə çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı olan qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.