Sumqayıtda iki gəncin batması ilə bağlı araşdırmalara başlandı


Digərləri 17 Sen 2018 11:58:44 198 0

Sumqayıtda iki gəncin batması ilə bağlı araşdırmalara başlandı

Sumqayıtda dənizdə iki nəfər gəncin batması ilə bağlı araşdırmalara başlanıb.

Bakı. Samir Əli - Sumqayıtda dənizdə iki nəfər gəncin batması ilə bağlı araşdırmalara başlanıb. Trend-in məlumatına görə, hadisə sentyabrın 16-da Novxanı çimərliyinin Sumqayıt şəhəri ərazisində, "Caspian Breeze" adlanan ərazidə baş verib. 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxışzadə Hatif Hatəm oğlu "Caspian Breeze" ərazisində dənizdə çimərkən boğulub.