"Ayrılığın dəhşətli olduğunu hiss edirəm, hər gün ağlıyıram" Xoşqədəm


Şou-biznes 17 Sen 2018 11:46:00 236 0

"Ayrılığın dəhşətli olduğunu hiss edirəm, hər gün ağlıyıram"  Xoşqədəm

Bir az olar ki, Bakıya endim. Hər dəfə Bakıya qayıdanda düşünürəm ki, sanki doğulduğum Ağdərəyə gedəcəm. Hərdən bir quş olub doğulduğum yurda getmək, Seyid Məmməd babamın, qardaşım Talehin məzarını ziyarət etmək, evimizin önündəki o gözəl ətirli qızıl güllərimin hələ də qalıb-qalmadığını bilmək istəyirəm.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Atası və oğlunun şəklini yayımlayan X.Hidayətqızı işğal altında olan Ağdərə ilə bağlı təəssüratlarını bölüşüb:

"Düşmən kəndimizi işğal edəndə maşından düşüb geriyə, evimizə qaçan itimizin - Bobikin hələ də həyətimizdə bizi gözlədiyini düşünürəm... Mən hər gün o yerləri, yurdumuzu düşünüb ağlayıram.