Joze Pezeiru: “Qarabağ-la vacib oyunumuz var”


İdman 17 Sen 2018 11:49:00 299 0

Joze Pezeiru: “Qarabağ-la vacib oyunumuz var”

“Kuboka qələbə ilə başlamaq vacib idi. Qələbəyə layiq idik. Daha çox qol vura bilərdik. Futbolçularımın oyunundan razıyam". 

Goal.az-ın xəbərinə görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində Qarabağ-ın rəqibi olan Sporting-in baş məşqçisi Joze Pezeiru Portuqaliya kubokunun ilk  turunda "Maritimo"ya qalib gəldikləri oyundan (3:1) sonra deyib. 

58 yaşlı portuqaliyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsində Qarabağ-la keçiriləcək görüş barədə də danışıb. O, bu matçın vacibliyini vurğulayıb: "Maritimo ilə oyunda qələbə ilə yanaşı, meydana az çıxan futbolçulardan istifadə etmək də vacib idi. Komandada rəqabəti artırmalıyıq. Çünki Avropa Liqasında vacib oyunumuz var”.

Xatırladaq ki, Sporting – Qarabağ oyunu sentyabrın 20-də Lissabonda keçiriləcək.