“Anam ağacdan yıxılıb öldü”


Şou-biznes 17 Sen 2018 11:01:00 234 0

“Anam ağacdan yıxılıb öldü”

ARB TV-nin "Boş anlar" verlişi yeni mövsümə start verib. Son.az bildirir ki, mövsümün ilk qonağı isə müğənni Vüqar Muradov olub. Müğənni onu hər yaşında incidən acı xatirəsindən söz açıb:  "Gənc yaşda faciəvi şəkildə anamı itirmişəm. Bu, elə bir sızıltıdır ki, bunun təmiri yoxdur. Anam çox zəhmətkeş qadın idi. Alman dili müəlliməsi idi. Atam işsiz qaldıqdan sonra anam həm alman dilindən uşaq hazırlayırdı, həm də meyvə yığıb mürəbbələr bişirərdi. Səhər saat 6-da durub işə başlayırdı, gecə 12-də yatmağa gedərdi. 2005-ci ildə bir gün yağış yağmışdı, sabahsı gün isə anam incir ağacına çıxmışdı. Mən evdə yox idim. Bir budaq qırılıb, aşağıdakı budağa dəyərək anamı qaldırıb yerə çırpıb.

Nəticədə anamın ciyəri partladı və boynu sındı. Mən Bakıda idim. Bir həftə, 10 gün öncə anamı yuxuda ölən görmüşdüm. Durdum ağlaya-ağlaya anama zəng vurdum ki, ana bəs səni yuxuda ölən görmüşəm. Anam isə mənə "ay oğul, ömrümü uzatmısan" dedi. Sən demə, bu ömür uzatmaq deyilmiş".


Xəbərə aid foto