Ağstafada maskalı şəxslər avtomatla evə hücum etdi


Digərləri 17 Sen 2018 11:07:39 246 0

Ağstafada maskalı şəxslər avtomatla evə hücum etdi

Ağstafada iki nəfər maskalı şəxs rayon sakini Əmirxan Mustafayevin evinə hücum edib.

Son.az report-a istinadən xəbər verir ki, ev sahibini avtomat silahla hədələyən şəxslər havaya atəş açaraq ondan pul tələb ediblər.

Ə.Mustafayev maskalı şəxslərlə əlbəyaxa olub, nəticədə onlardan birini tutub və polisə təhvil verib.

Digər şəxs isə hadisə yerindən qaçıb.