Readit.az yeni kitabını təqdim edir - “Daha ağıllı ol!”


Digərləri 17 Sen 2018 10:52:00 250 0

Readit.az yeni kitabını təqdim edir - “Daha ağıllı ol!”

Dünyaca məşhur bir çox işgüzar kitabın Azərbaycan dilində olmadığını nəzərə alaraq Readit.az layihəsi oxuculara yeni kitabını təqdim edir.

Bakı. Dünyaca məşhur bir çox işgüzar kitabın Azərbaycan dilində olmadığını nəzərə alaraq Readit.az layihəsi oxuculara yeni kitabını təqdim edir. “Daha ağıllı ol!” olaraq adlandırılan bu kitabda qısa məzmunlar dörd ümumi başlıqda təqdim olunur. Kitaba “Rework”, “Skrum”, “Mavi okean strategiyası”, “Drayv”, “Dahilər və digərləri”, “Razısalma psixologiyası”, “Biznes dünyasının macəraları” və s. kimi faydalı və çox satılan kitabların qısa məzmunları daxildir. Qeyd edək ki, bu kitab Readit.az-ın ilk çap şəklində olan kitabıdır. Kitab haqqında => http://www.readit.az/book Başlanğıcda sadəcə online şəkildə fəaliyyət göstərməyi hədəfləyən layihə, hal-hazırda çoxsaylı oxucu istəyini nəzərə alaraq, həmin qısa məzmunlardan 15-ni kitab şəkildə oxuculara çatdırmağı planlayır. Qeyd edək ki, kitaba daxil olan 15 qısa məzmunun demək olar ki, heç biri, bu günə qədər Azərbaycan dilinə tərcümə edilməyib. Qısa məzmunlar sahəsinin mütəxəssisi olan şəxslər tərəfindən hazırlanır. Kitaba daxil olan qısa məzmunlar 4 kateqoriyaya bölünüb: biznes dünyası, marketinq və satış, motivasiya və psixoloqiya, menecment və biznes strategiyaları. Bu qısa məzmunlar istənilən sahədən olan şəxslərin, yəni istər biznes mütəxəssislərinin, istər tələbələrin, istərsə də kifayət qədər fərqli sahələrdə işləyən şəxslərin asanlıqla anlayacağı dildə hazırlanıb. Bu kitabı əldə edən oxucu 1 kitabın qiymətinə 15 kitabın qısa məzmunu oxumaq imkanı əldə edəcək, bununla da həm vaxtına, həm də büdcəsinə qənaət edəcək. Ən əsası oxucu ömürlük konspekt qazanacaq. Oxucular artıq öncədən kitab sifarişini verə bilərlər.