Kapital Bank İnsan kapitalı Akademiyasını açdı


Digərləri 17 Sen 2018 10:47:00 324 0

Kapital Bank İnsan kapitalı Akademiyasını açdı

14 sentyabr 2018-ci il tarixində Kapital Bank İnsan Kapitalı Akademiyasının açılış mərasimini keçirdi. Akademiya Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küç., 12 ünvanında yerləşən Kapital Bank-ın inzibati binasının 3-cü mərtəbəsində fəaliyyət göstərir. 

Açılış mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, "FireWorks HRM" şirkətinin direktoru Laura Həmidova, Türkiyənin DenizBank Akademiyasının nümayəndəsi Tankut Çığır və digər rəhbər şəxslər iştirak edirdi. Akademiya keyfiyyətli və ehtiyacları qarşılayan tədris vasitəsi ilə Azərbaycanın bank sektorunda korporativ təlim və inkişaf üzrə lider təsisat olmağı hədəfləyir.

İnsan Kapitalı Akademiyası Kapital Bank-ın işçi heyətinin, tərəfdaşlarının, müştərilərinin və maraqlı olan digər tərəflərin bankçılıq və idarəetmə üzrə peşəkarlıq səviyyəsinin artırılmasına xidmət göstərir və beynəlxalq ekspertizanı yerli yanaşma ilə təqdim edir. İnsan Kapitalı Akademiyası 3 strukturlu tədris proqramı və çoxsaylı təlimlər təklif edir. Tədrisi həyata keçirən şəxslərin əksəriyyəti bankın təcrübəli əməkdaşları, bir qismi isə partnyor şəxslər və təşkilatlardır.