Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edib (FOTO)


Digərləri 17 Sen 2018 10:44:34 241 0

Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edib (FOTO)

Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edib.

Bakı. Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edib. Teatrın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 12-16 sentyabr tarixlərində Aktau şəhərində təşkil olunan Xəzəryanı Ölkələrin II Beynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrı “İuda” tamaşası ilə iştirak edib. Beynəlxalq festivala Azərbaycanla yanaşı İran, Türkmənistan, Başqırdıstan, Tatarıstan və Qazaxıstan teatrları qatılıb. Festival Qazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illik yubileyinə həsr olunub. Akademik Milli Dram Teatrının “İuda” mono tamaşası festival rəhbərliyi, o cümlədən qeyd olunan ölkələrin teatr ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılanıb.