"Ancaq AzTVyə o cür çəkilişə icazə verilir" "Yaşıl teatr"ın direktorundan Şəbnəmin açıqlamasına REAKSİYA


Şou-biznes 17 Sen 2018 10:31:00 343 0

"Ancaq AzTVyə o cür çəkilişə icazə verilir"   "Yaşıl teatr"ın direktorundan Şəbnəmin açıqlamasına REAKSİYA

"Yaşıl teatr"ın direktoru Seyran Cavadov müğənni Şəbnəm Tovuzlunun açıqlamasına münasibət bildirib.

Direktor ölkə.az-a bildirib ki, rəhbərlik etdiyi teatrda hətta dronla çəkiliş aparmağa icazə yoxdur:

"Bizim teatrda heç Allahın dronuyla çəkiliş aparmağa icazə verilmir. Siz nə danışırsız? Ancaq AzTV dronla çəkiliş apara bilər. Sözdür deyib də. Yox bir, təyyarəylə nəzarət edəcəklər. Kim orada elə çəkiliş aparmağa icazə verər?"