Şəbnəmin sevgilisi niyə helikopterlə gəlmədi? "Bəli, həyat yoldaşım konsertdəydi"


Şou-biznes 17 Sen 2018 10:38:00 224 0

Şəbnəmin sevgilisi niyə helikopterlə gəlmədi?  "Bəli, həyat yoldaşım konsertdəydi"

Müğənni Şəbnəm Tovuzlu "Yaşıl Teatr"da baş tutan konsertinə həyat yoldaşının helikopterlə nəzarət etməsiylə bağlı verdiyi açıqlamadan danışıb.

Son.az bildirir ki, sənətçi ölkə.az-ın əməkdaşıyla söhbətində belə bir açıqlama verdiyini təsdiqləsə də, bunu zarafatla söylədiyini deyib:

"Məndən soruşdular ki, konsertə kimlər gələcək. Mən də cavab verdim ki, ailə üzvlərim, qohumlarım. Sonra soruşdular ki, həyat yoldaşınız da gələcəkmi? Zarafatca cavab verdim, o da helikopterlə yuxarıdan nəzarət edəcək. Bəli, həyat yoldaşım konsertdəydi, arxa sırada əyləşmişdi".