BANM-da “İnformasiya təhlükəsizliyi” ixtisası “İlin ixtisası” oldu


Digərləri 17 Sen 2018 10:13:00 237 0

BANM-da “İnformasiya təhlükəsizliyi” ixtisası “İlin ixtisası” oldu

“İlin ixtisası” bu il Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisası oldu.

Bakı. “İlin ixtisası” bu il Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisası oldu. Trend-in məlumatına görə, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə BANM-da ilk təfə tədris olunacaq bu ixtisasın orta balı 694 bal olub. İxtisas üzrə minimal keçid balı 685 baldır və bu ölkənin ən yüksək keçid balı hesab olunur. “İnformasiya təhlükəsizliyi” ixtisasında 6 nəfər 700 ballı tələbə, 13 nəfər Prezident təqaüdçüsü təhsil alacaq.