Ərdoğan: Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi bir daha Minsk qrupunun passivliyini göstərir


Digərləri 17 Sen 2018 10:14:00 202 0

Ərdoğan: Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi bir daha Minsk qrupunun passivliyini göstərir

ATƏT-in Minsk qrupu diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə cəmləməlidir.

Bakı. Rufiz Hafizoğlu - ATƏT-in Minsk qrupu diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə cəmləməlidir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. R.T.Ərdoğan bildirib ki, münaqişənin həllinin gecikməsi bir daha Minsk qrupunun passivliyini göstərir. Dövlət başçısı qeyd edib ki, ATƏT-in Minsk qrupu bu problemin həlli üçün hələ də səmərəli addım atmayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin