2020-ci ilədək “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentində müştərilərin sayını iki dəfə artırmaq niyyətindədir


Digərləri 17 Sen 2018 09:32:00 228 0

2020-ci ilədək “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentində müştərilərin sayını iki dəfə artırmaq niyyətindədir

2020-ci ilin sonunadək “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentində müştərilərin sayını 6 minə çatdırmaq niyyətindədir

Bakı. Azad Həsənli - 2020-ci ilin sonunadək “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentində müştərilərin sayını 6 minə çatdırmaq niyyətindədir. Bunu Trend-ə müsahibəsində "PAŞA Bank"ın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovko deyib. O qeyd edib ki, hazırda “PAŞA Bank”ın kiçik və orta biznes üzrə müştəri bazası 3 minə, aylıq artım isə 100 nəfərə yaxındır: “Eyni zamanda bizim hədəf strateji bazarımız 20 min kiçik və orta biznes müştərisidir”. Kiçik və orta biznesin payının artması üçün bank müştərilərə yeni xidmət – hesablama-kassa xidmətləri üzrə tarif paketləri təqdim edib. Ümumilikdə 5 paket – “Klassik”, “Elektron”, “Biznes”, “Aktiv” və “Premium” paketləri fəaliyyət göstərəcək.