Azərbaycanda məhkum uşaqların sayı açıqlandı


Digərləri 17 Sen 2018 09:16:00 222 0

Azərbaycanda məhkum uşaqların sayı açıqlandı

Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən il Azərbaycanda 323 nəfər 14-17 yaşlı uşaq törətdiyi cinayatə görə məhkum olunub. 2016-cı ildə bu göstərici 261, 2015-ci ildə 286, 2010-cu ildə 238 olub.

Ötən il ümumilikdə 13 733 nəfər məhkum edilib. Onların 13 147-si kişilər, 586-sı qadınlar olub. Məhkumların 7 264-ü azadlıqdan məhrum edilib.

Keçən il 16 750 nəfər cinayət törədib ki, onların 15 787-i kişi, 963-ü qadın olub.