Ədalət yerini tapdı FOTO


Digərləri 16 Sen 2018 23:52:00 307 0

Ədalət yerini tapdı  FOTO

Qazaxda ustad aşıq Ədalət Nəsibovun anım günüylə əlaqədar silsilə tədbirlər keçirilib

Qazax rayonunda ustad aşıq Ədalət Nəsibovun anım günüylə bağlı silsilə tədbirlər keçirilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax Xeyriyyə" İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirlər, ustad aşığın rayonun Ağköynək kənd qəbiristanlığında qəbirüstü abidəsinin açılışı ilə başlanıb. Açılışda fəxri qonaqlar, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, 60 ildən çox Azərbaycan mədəniyyətinə, sazına xidmət göstərmiş Aşıq Ədalətin heç vaxt unudulmayacağını vurğulayıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsal, Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, "Qazax Xeyriyyə" İctimai Birliyinin sədri İlham Pirməmmədov söz alaraq Aşıq Ədalətin yaradıcılığından, ustadla bağlı xatirələrindən danışıblar.


Xəbərə aid fotolar