Uşaqlarımızın 9 aylıq sirdaşı: Bu günün səhv seçimi,


Digərləri 16 Sen 2018 23:54:00 298 0

Uşaqlarımızın 9 aylıq sirdaşı: Bu günün səhv seçimi,

Uşaqların məktəb ləvazimatları arasında ən önəmli vəsait məktəb çantalarıdır. Çünki uşaq 9 ay - bütün tədris ili boyunca bu çanta ilə təmasda olur, onu daşıyır, yanında və ya kürəyində gəzdirir.

Valideynlər uşaqlarının rahatlığını düşünməklə yanaşı, maddi vəziyyəti də göz önünə aldıqları üçün çox zaman çanta seçimində diqqətli olmurlar. Onlar seçim zamanı yüngül və ucuz çantalara daha çox üstünlük verirlər. Mütəxəssislərin fikrincə isə çanta seçimi çox önəmli bir prosesdir. Əgər uşaq kiçik siniflərə gedirsə, bu daha böyük əhəmiyyət kəsb edir.

Mütəxəssislər ilkin inkişaf dövründə olan uşaqların uyğun olmayan çantalardan istifadəsinin gələcək illərdə qalıcı sağlamlıq problemləri yaradacağını bildirir.

Bəs sağlamlığa zərər vurmayan məktəbli çantası necə olmalıdır?

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həkimin sözlərinə görə, ideal çanta seçimi sağlamlıq üçün çox əhəmiyyətlidir. Xüsusilə şagirdlərin məktəbə gedərkən istifadə etdikləri çantaların düzgün seçilməsi çox önəmlidir.

Onun sözlərinə görə, çanta alarkən edilən səhv seçim uşağın duruşuna zərər vura bilər: "Düzgün seçilməyən çanta çiyin, boyun, kürək, bel ağrıları, belin əyilməsi, əlin keyiməsi və s. digər problemlərə səbəb ola bilər. Ağır çanta çiyində tək tərəfli daşınırsa (adətən uşaqlar çantanı onlar üçün daha rahat olan sağ çiyində daşıyırlar), qalıcı problemlərə səbəb ola bilər. Belə ki, uzun müddət təktərəfli ağır çanta daşımaq çiyində ödəmlərə və yırtıqların yaranmasına səbəb olur. Ağır çantanı tək tərəfli daşımaq onurğa sütunun əyilməsinə və ya beldə qabarıqlar yaranmasına səbəb ola bilər".

Ağır çantanı tək tərəfli daşımaq əzələlərdə gərginliyə, ənsədə və başda ağrılara da səbəb ola bilər. Ağır və nazik asqıları olan çiyin bölgəsindən əl və qola gedən damar və sinirlərə təzyiq göstərək ağrı və keyiməyə səbəb ola bilər.

Həkim qeyd edir ki, çiyin çantası uşağın çəkisinin 15 faizindən çox olmamalıdır.

"Çantanın asqıları möhkəm və ensiz olmamalıdır. Dar asqısı olanlar çiyinin bəlli nöqtəsinə təzyiq edərək ağrı və keyiməyə səbəb olur. Möhkəm asqılar bel, boyun və kürəkdəki bağ əzələlərinə zərər verir" - deyə o bildirib.

Həkim qeyd edir ki, çanta ağırlaşdıqca və daşıma müddəti uzandıqca, boyun önə doğru əyilir və bədənə düşən ağırlıq dağılır.

Çanta tək tərəfli daşındığı zaman isə "skolyoz" adlanan onurğa sütunun yana əyrlikləri xəstəliyi müşahidə edilir.

Ağırlığın tək tərəfə yönəldilməsi həmin tərəfi deformasiya edir. Boyun sürətlə artdığı bu dövrdə tək tərəfli yüklənmə onurğada yana əyriliklərə səbəb ola bilər.