Ailənin xoşbəxt və uzunömürlü olması üçün İmam Əlinin tövsiyəsi


Digərləri 16 Sen 2018 23:40:00 276 0

Ailənin xoşbəxt və uzunömürlü olması üçün İmam Əlinin tövsiyəsi

Ailə - ilk isti ocaqdır ki, insan orada öz şəxsiyyət və mənəviyyatını formalaşdırar və inkişaf edər. Ailənin hər bir üzvü çalışar ki, onu davamlı etsin və ailə mühiti səmimi bir mühit olsun. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman Allah bir ailəni sevsə, mehribanlıq və gözəlliyi həmin ailəyə daxil edər".

İmam Əlinin (ə) nəzərinə görə, iffətli qadınlar İlahi mələklər kimidirlər. Onların bu iffəti Allah yolunda cihad etməkdən və şəhid olmaqdan daha üstündür. İmam (ə) ailə mühitini qorumaq və naməhrəmi ailə hərəminə buraxmamağı qadının kamalı hesab edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) oğluna belə nəsihət verir: "Oğlum! Qadınlar bahar gülləri kimidirlər, nəinki çalışqan pəhləvandırlar. Ona görə də onlardan gücləri çatandan artığının intizarında olma. Onları heç bir zaman əziyyət verərək təhrik etmə ki, onlar bədən və ruhi güclərinə görə zəifdirlər".

Əmirəl-möminin (ə) "Nəhcul-bəlağə"də kişilərə tövsiyə edir ki, qadınların geyimlərinə və rabitələrinə diqqət etsinlər ki, bu əməl qadının paklığını və salamatlığını qorumaq üçün ən yaxşı əməldir. Ancaq bu əməl o mənada deyildir ki, kişi yersiz qeyrət və təəssübkeşlik göstərsin. Çünki yersiz qeyrət göstərmək düz yolda olanı xəstə edər və iffətlini bədgümana salar.