Hər an qarşımıza çıxan həyatın


Digərləri 16 Sen 2018 23:15:00 301 0

Hər an qarşımıza çıxan həyatın

Bəzən elə qanunauyğunluqlarla qarşılaşırıq ki, biz bir anlıq inanırıq ki, həyatı hansısa qanunlar idarə edir.

Son.az islaminsesi.info-ya istinadən həyatın 19 qanununu təqdim edir.

1. Bənzərlik qanunu - Bizim həyatımızda təsadüfü heç nə yoxdur. Biz qeyri-şüuru olaraq özümüzə bənzərləri özümüzə doğru çəkərik.

2. Qeyri -mümkünlük qanunu - İnsan qeyri-mümkün nəyisə arzu edəndə işə düşür. Çalışmalıdır öz qüvvəsi daxilində olanı arzu etsin.

3. Bob qanunu - Əgər Bobun hər kəslə problemi varsa, onda Bob hər kəs üçün problem olur.

4. Özünü boğmaq qanunu - İnsanın malik olduğu fikirləri daim inkar etməsi nə vaxtsa üzə çıxır. İnsanın öz hislərini və fikirlərini boğması onun üçün heç də yaxşı nəticələnmir.

5. Şlaqbaum qanunu - Bəzən insan qəfil bir şans doğulur. O an insan cəld qərar verməli və daxilində yatan şlaqbaum maniəsini aşmalıdır. Gözləmək isə bu şansın əldən çıxmasına səbəb ola bilir.

6. Hesab qanunu- İnsan hər zaman hesab verməyə  məcburdur. Etdiklərimiz üçün də, etmədiklərimiz üçün əvvəl-axır hesab ödəməli oluruq. Yadınızda saxlayın uğursuzluqlardan qaçmaq sizi heç də xoşbəx etməyəcək.

7. Qapılar qanunu - Bizim həyatımız seçimlər zəncirindən ibarətdir. Seçim hər zaman vardır. Bu yalnız onda alınmaz ki, biz heç bir seçim etməyək. Yalnız bunu unutmaq lazım deyil ki, ən yaxşı hərəkət doğru qərar verməkdir. Biz bir qapını seçərkən digər qapıdan vaz keçmiş oluruq.

8. Cazibə  qanunu - Bizim istədiklərmizi həyat bizə verir. Lakin qeyri-şüuru olaraq gözlədikdə əlimizə heç nə keçmir.

9. Məhdudlaşdırmaq qanunu 1- Hər şeyi planlaya bilmərik. Bəzi hadisələr bizim iradəmizdən kənarda baş verir. Biz həmin hadisələrə görə məsuliyyət daşımırıq.