Hər infeksiyaya qarşı antibiotik istifadə etmək olarmı?


Digərləri 16 Sen 2018 22:45:00 249 0

Hər infeksiyaya qarşı antibiotik istifadə etmək olarmı?

Uşaqların xəstələndiyi anda valideynlərin həmin an müdaxiləsi onların infeksiyalarla tanış olmasına və onlara qarşı immuntet yaratmasına mane olur. Həkimlər bildirirlər ki,xəstələnəndən sonra  uşaqlara qarşı tətbiq edilən üsullar xəstəlikdən öncə tətbiq olunsa onlar bu cür infeksiyalara yoluxmazlar.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, məsələn, onlardan gigiyena barədə nəyə əməl etdiklərini araşdıra bilərik. Təbii ki, bəzi valideynlər bunu uşaqdan soruşmağın mümkünsüz olduğunu deyirlər. Bunun da çarəsi var. Biz uşaqdan "Əlini məktəbdə yuyursanmı?" soruşsaq o bu cavabdan yayınacaq, amma "Məktəbdəki sabununuz yaxşı ətri varmı?"deyə sual etsək o bizə əlini yuyub-yumadığını aşkar edəcək cavab verəcək.

Yaxud da "Sinifinizi təmizləyirlər?" sualının yerinə "Sinifinizi təmizləyənin adı nədir?" deyə yayındırıcı sual verməliyik. Ən çox infeksiyalar əllə yayılır deyə biz gigiyeneya çox diqqət etməliyik. Ekspertlər bildirirlər ki, asqırma və tüpürcək yolu yayılan infeksiyalar düşdükləri yerdə 24 saat qala bilirlər. Əgər uşaq xəstələnibsə o an ona antibiotik verilməməlidir. Cəhd edilməlidir ki, uşaq bu cür xəstəlikləri öz immunteti ilə öhdəsindən gəlsin. Əgər 1 uşaq bir xəstəliyin öhdəsindən 1 həftəyə, digəri 10 günə gəlirsə bu o demək deyildir ki, ikincinin müqaviməti daha zəifdir. Belə bir elmi mülahizə mövcud deyil.