Suya düşmüş avtomobildən necə xilas olmalıyıq?


Digərləri 16 Sen 2018 22:15:00 225 0

Suya düşmüş avtomobildən necə xilas olmalıyıq?

Belə bir fövqaladə halla üzləşmiş insanlar üçün artıq saniyələrin söhbəti gedir.

Son.az islaminsesi.info-ya istinadən bu lazımlı məlumatları təqdim edir.

Birinci addım: Avtomobil suya düşən kimi təhlükəsizlik kəmərini, daha sonra isə  pəncərəni açmalısınız.

İkinci addım: Avtomobil suyun dibinə getməyə macal tapmamış pəncərə vasitəsi ilə oranı tərk edin.

Xilasedicilər bildirirlər ki, avtomobil batmamış bu iki addımı atmaq üçün sərnişinin saniyələrə ehtiyacı var.

Əgər avtomobilin şüşəsini endirə bilmirsinizsə, onu qırın. Lakin heç bir halda bunun üçün başınızdan istifadə etməyin. Bunun üçün üçbucaq formasında cəkiclər olur. Lazımı nöqtəni seçin və vurun.