Ərəb koalisiyası Yəməndə radio binasını bombalayıb,


Dünya 16 Sen 2018 21:41:00 266 0

Ərəb koalisiyası Yəməndə radio binasını bombalayıb,

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin qərbində yerləşən Hodeyda şəhərində radiostansiya binasına endirdiyi hava zərbələri nəticəsində 4 nəfər həyatını itirib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə yerli "Al-Masira" telekanalı məlumat yayıb.

Bildirilir ki, ölənlərdən üçü mühafizəçi, biri isə radio əməkdaşıdır. Məlumata görə, koalisiya təyyarələri bina ətrafında keşik çəkərək "təcili yardım" həkimlərinin binaya yaxınlaşmasına imkan verməyiblər.