Təkəbbür insanı bu cür kor edə bilir


Digərləri 16 Sen 2018 21:50:00 283 0

Təkəbbür insanı bu cür kor edə bilir

Əhli-Beytdən (ə) gələn hədislərin birində nəql edilir: "Gecələrin birində Əbu Cəhl, Vəlid ibni Müğeyrə ilə birlikdə Kəbə evini təvaf edirdilər. Təvaf edən halda Həzrət Peyğəmbər (s) haqqında danışırdılar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Əbu Cəhl deyir: "Allaha and olsun ki, Muhəmmədin (s) doğru danışan olduğunu bilirəm".

Vəlid ona deyir: "Sakit ol, sən bu sözləri niyə deyirsən?".

Əbu Cəhl deyir: "Biz onu uşaqlıqdan və cavanlıqdan doğruçu və əmin kimi tanıyırıq. Heç mümkündürmü ki, ağlı inkişaf etdikdən sonra yalançı və xain olsun?".