Sıfırdan varlanan insanların


Digərləri 16 Sen 2018 21:35:00 244 0

Sıfırdan varlanan insanların

Sıfırdan başlayaraq zəngin olan insanların demək olar ki, hamısının oxşar xarakterlərə sahib olmaları təsadüf deyil. Öz səyləri ilə sərvət qazanan 177 nəfərin özəlliklərini 5 il ərzində araşdıran Tomas C. Corleyə görə insanın gündəlik vərdişləri onun işlərindəki uğuruna təsir edir.

1. Düşünürlər.

Son.az kenquru.az-a istinadən bildirir ki, zənginlər hər gün ən azı 15 dəqiqə müxtəlif mövzular barədə düşünürlər. Zənginlik üçün uğurun ilk açarlarından biri düşünməkdir. Məsləhətçiləri təcrübələrini paylaşaraq zənginlərin daha çox pul qazanmasına və həyatlarını proqramlaşdırmalarına kömək edir.

2. Tənqid edilməkdən qorxmurlar.  

Zənginlər tənqid edilməkdən qorxmurlar. Yeni şeylər öyrənmək üçün başqalarının fikirlərinə dəyər verməli olduqlarının vacibliyinə inanırlar. Onlar düşündüyümüz qədər cəsarətli deyillər. Zənginlərin də qorxduqları məqamlar var. Lakin nə qədər təmkinli davransalar da, risk olmadan sərvət qazana bilməyəcəklərini də bilirlər. Riskləri hesablayıb, səhvlərin faizini ən aza endirməyə çalışırlar.

3. Başqalarına köməklik edirlər.  

Varlılar başqalarının uğur qazanmasına kömək edərkən özlərinin daha böyük uğur qazanacaqlarına inanırlar. Əsasən də, özləri kimi bacarıqlı insanlara dəstək verirlər. Kim nə deyirsə desin, heç vaxt hədəflərindən vaz keçmirlər və nəticə əldə etmək üçün çox çalışırlar. Güclü istəyin olması onların üçün əyləncə mənbəyidir. İstəkləri uğrunda səhv etməkdən belə çəkinmirlər.

4. Oxumağı sevirlər.  

Daim oxuyurlar. Zənginlər kitab və ya qəzet oxumağı sevirlər. Gündə ən azı yarım saat bu məşğuliyyətlərinə sərf edir və daha çox bilgi əldə etməyə çalışırlar. Əsasən də, işlərində uğur qazanmış insanların bioqrafiyalarını, şəxsi inkişaf və tarix kitabları sevirlər.